ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner xəbərdarlıq edib ki, Rusiya strateji silahlar üzrə əməkdaşlıqdan imtina edərsə və ya strateji hücum silahlarının azaldılması ilə bağlı Rusiya-Amerika müqaviləsinə əməl etməsə, ABŞ nüvə qüvvələrinin döyüş hazırlığını gücləndirməyə hazırdır.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Rusiya müqaviləni pozmağa davam edərsə və qarşılıqlı əlaqədən imtina edərsə, biz döyüş hazırlığımızı gücləndirmək üçün əlavə addımlar atmağa hazırıq", - Ağ Ev rəsmisi deyib.
Eyni zamanda o, ölkəsinin nüvə sahəsində risklərin azaldılması və məsuliyyətin artırılması üçün yeni tədbirlər tətbiq etdiyini qeyd edib.
Fayner həmçinin bildirib ki, Vaşinqton Moskva ilə nüvə risklərinin idarə edilməsi üzrə dialoqa hazırdır.
"Bu, nüvə gücləri üçün məsuliyyətli bir mövqedir", - o əlavə edib.
Hüseyn İbadlı