Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii hadisənin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.