“Qarabağ”ın futbolçusu Olavio Juninyo Fransanın “Tuluza” klubu ilə anlaşıb.
Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində “Transfer Nabzı” paylaşıb.
Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komollinin bu transferdə aktiv rol oynadığı vurğulanıb. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi qeyd edilib.
Qeyd edək ki, forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Əlavə edək ki, Juninyonun transferində Türkiyənin "Beşiktaş" və "Fənərbağça" klubları da maraqlıdır.
Heybət