Amerikalı jurnalist Edison Pyer Maaluf Haitidə oğurlanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onun azadlığa buraxılması üçün 600 min dollar fidyə tələb olunur.
Məlumata görə, jurnalist martın 14-də yerli quldurların lideri, “Barbekyu” ləqəbli Cimmi Çerizye ilə müsahibəyə gedərkən oğurlanıb.
Hadisə Krua-des-Buke şəhərində baş verib.
Qeyd edək ki, Edison Pyer Maaluf tez-tez quldur dəstələrinin və narkotik kartellərinin fəaliyyətini işıqlandırır.