Türkiyəli Yüksel Akyol topladığı antik əşyalarla qarajını muzeyə çevirib.
Publika.az xəbər verir ki, Almaniyada yaşayan 49 yaşlı Yüksel Akyol köhnə evini uzun zəhmətdən sonra bərpa edib. Ən son qarajını bərpa etməyə başlayan Akyol hər zaman antik əşyalarla maraqlandığını qeyd edib:
“Bəyəndiyim əşyaları antikvar bazarlarından toplamağa başladım. Türkiyədən də çoxlu əşyalar gətirmişəm. 15 ildən sonra bir mini muzeyi xatırladan yer ortaya çıxdı. Qarajıma "Kafe Nostalji" adını verdim. İndi dostlarımla görüşür, musiqi fəaliyyətləri edir, dərnək toplantıları keçiririk".
Roza Şəfiyeva