Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!
Bir neçə gündür ki, yerli media qrumlarında, müxtəlif sosial media hesablarında tanınmış cərrah Elçin Əzizovla bağlı qarayaxma kampaniyasına start verilib.
Elçin həkimin imicinə kölgə salmaq, onu nüfuza xələl yetirmək üçün başladılan bu kampaniyanın dayandırılmasını tələb edirik.
Bildirmək istəyirik ki, bunlar E.Əzizovun uğurlarına sevinməyən, onun xalaqımıza, cəmiyyətimizə, vətənimizə xidmətlərini qəbullana bilməyən bir qrup şəxsin əməlləridir.
Bir neçə gün öncə yerli media qrumlarında "Sertifikasiyadan keçməyən həkimlər! - Onlar əməliyyat da edirlər" başlıqlı xəbərində E. Əzizovun da adı hallandırılıb. Bu xəbər həqiqəti əks etdirmir. Elçin Əzizov sertifikasiya imtahanın noyabrın 6-da verib və noyabrın 10-da sertifikatı alıb.(egov.az saytından dəqiqləşdirə bilərsiniz - red)
Bu, Elçin müəllimin imicinə kölgə salmaq üçün atılan ilk addım deyil. Bir neçə il öncə yerli media qrumlarında onunla bağlı həqiqəti əks etdirməyən xəbərlər dərc olunmuşdu. Sonda bu mübarizədə E. Əzizov haqlı çıxmışdı. Bu, məlum şəxsin, şəxslərin və ya qrupun artıq ikinci cəhtidir.
İllərdir bu sferada külüng çalan, xalqının, millətinin yannda olan vətənpərvər bir insan haqqında dəqiqləşdirilməmiş məlumatların xəbər saytlarımızda tirajlanması bizi üzür.
Bütün media qrumlarını Elçin Əzizov haqqında başladılan qarayaxma kompaniyasında diqqətli olmağa səsləyirik.
Əlavə edək ki, E.Əzizov Azərbaycan Tibb Universitetində həkim-cərrah, N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində laparoskopiya, Kazan dövlət Tibb Akademiyasından laparoskopiya, Kazan dövlət Tibb Universitetində laparoskopiya təhsillərini alıb. O, hazırda "Caspian İnternational Hospital"ın ümumi cərrahıdır.