Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.
Milli.Az report-a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az