“Beşiktaş” Portuqaliyalı yarımmüdafiəçi Renato Sançeşin transferi üçün PSJ ilə danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Yağız Sabuncoğlu məlumat verib. Xatırladaq ki, futbolçu bu mövsüm İtaliya “Roma”sında icarə əsasında çıxış edir.
Daha əvvəl PSJ rəhbərliyinin portuqaliyalını icarədən geri çağırıb yeni komandaya göndərmək niyyətində olduğu bildirilirdi.
Bu mövsüm Sançes “Roma”nın heyətində bütün yarışlarda 9 oyun keçirib və bir qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.