Rusiya NATO-nun Avropada başladığı “Sabit Müdafiəçi 2024” hərbi təlimlərini təhlükə hesab edir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kreml spikerinin sözlərinə görə, Rusiya NATO-nun hərbi təlimlərini “mütləq təhdid kimi qəbul edir”, çünki “NATO qarşıdurma vasitəsidir”.
“Bu, bizim üçün təhlükədir, biz buna belə yanaşırıq. Və bunun üçün həmişə müvafiq tədbirlər görülür, xüsusən də alyansın bir neçə onilliklər ərzində öz hərbi infrastrukturunu sərhədlərimizə necə köçürməsi fonunda”, - Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün NATO-nun Soyuq Müharibədən bəri ən böyük hərbi təlimləri başlayıb.
Mayın sonunadək davam edəcək təlimlərdə NATO-nun 31 ölkəsindən, həmçinin İsveçdən 90 min hərbçi, 50-yə yaxın döyüş gəmisi, 80 təyyarə, 1100 quru döyüş maşını, o cümlədən 133 tank iştirak edəcək.
Tural