İsrail ordusu Livanın cənubunda “Hizbullah”ı sərhəddən geri çəkmək üçün əməliyyata başlaya bilər.
Publika.az xəbər verir ki, bu barədə “The National” hər iki ölkənin hərbi və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, ölkənin şimalındakı evlərini tərk edən israillilərin əksəriyyəti “Hizbullah” təhlükəsi aradan qalxana qədər geri qayıtmaq istəmir.
Bu vəziyyət İsrail ordusuna və hökumətinə böyük təzyiq göstərə bilər.
"Bu, növbəti böyük müharibə ola bilər", - mənbə əlavə edib.
İsrail ordusunun əsas məqsədi Hizbullahı sərhədindən 10-15 kilometr geri itələmək olacaq.
Tural