28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əfsanənin övladı sağalmaz xəstəliyə tutuldu

27 yan 2024 20:00
İDMAN
ads

“Liverpul”un, “Real”ın və İngiltərə yığmasının əfsanəvi hücumçusu Maykl Ouenin oğlu, 17 yaşlı Ceymsin gözləri praktiki olaraq görmür.

Publika.az xəbər verir ki, 8 yaşında ona Starqardt xəstəliyi (torlu qişanın patologiyası) diaqnozu qoyulub. Alimlər bu xəstəliyin müalicəsini hələ də tapa bilməyiblər.

İndi Ceyms açıq havada yalnız rəngləri seçə bilir. O, artıq üzləri və digər detalları görmür.

“Ona gözlərimi verə bilsəydim, verərdim. Mən Ceymsin yenidən görməsi üçün bütün pulumu verərdim”, – deyə 44 yaşlı “Ballon d’Or”un sabiqi qalibi söyləyib.

Əlavə edirik ki, uşaqlıq dostu Luiza Bonsalla evli olan futbolçu Mayklın 4 övladı var.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur