Moskva yaxınlığındakı Balaşixada çoxmərtəbəli binanın yaxınlığında anasını döyərək öldürən 40 yaşlı kişinin meyiti tapılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, əvvəlcə qonşular evin pəncərələrinin altında kişinin meyitini aşkar edib, bundan sonra hadisə yerinə polis çağırıblar. Müstəntiqlər 13-cü mərtəbədəki mənzildə ölü qadın tapıblar. Mənbənin sözlərinə görə, ölüm səbəbi döyülmə olub.
Cinayətin motivi hələlik məlum deyil. Məlumdur ki, 40 yaşlı rusiyalı 2012-ci ildə narkotik maddə ilə bağlı cinayət işi üzrə məhkum edilib.
Milli.Az