Ankara Türkiyə və Ermənistan nümayəndələrinin iyulun 2-nə planlaşdırılan görüşündən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “News.am” məlumatlı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bundan öncə “News Armenia” Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacağı barədə məlumat yaymışdı. Bildirilmişdi ki, görüş Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi ərazisində planlaşdırılıb.
Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması danışıqlarına Sərdar Kılıç (Türkiyə) və Ruben Rubinyan (Ermənistan) rəhbərlik edir.