29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ermənilərin Vardanyanla bağlı şok planı: Bakıya qarşı nə hazırlayırlar?

02 may 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Erməni diasporu Bakıda həbsdə olan separatçı biznesmen Ruben Vardanyanın azad edilməsi üçün beynəlxalq kampaniyaya başlamaq niyyətindədir.

Publika.az
Ermənistan mediasına istinadın xəbər verir ki, ermənilər Bakıda həbsdə olan separatçıların işinin məhkəməyə göndəriləcəyinə ümid edirmiş. Onların planına görə, separatçıların işi məhkəməyə gedərsə, Bakıya qarşı beynəlxalq təzyiq kampaniyası təşkil edərək, separatçıların azad edilməsinə nail ola bilərlər. Lakin bununla bağlı ümidləri ölüb.

“Hraparak” nəşri iddia edir ki, Vardanyan və digər separatçıların saxlanma müddəti uzadılacaq və məhkəmə prosesinin başlanması vaxt alacaq. Nəşrin iddiasına görə, noyabrda Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində Azərbaycan belə məhkəmələrin keçirilməsini istəmir.

Erməni diasporu və lobbisi isə separatçı biznesmeni azad etməsi üçün Azərbaycana təzyiq etmək məqsədilə COP29 ərəfəsində Vardanyanla bağlı beynəlxalq kampaniyanı gücləndirməyi planlaşdırır.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur