“Hər kəs səs vermək üçün can atırdı”.
Publika.az xəbər verir ki, bunu MDB PA müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, missiya 1 aydan çoxdur Azərbaycandadır:
“Azərbaycanda keçirilən seçkilərdə gizli səsvermə üçün bütün şərait var idi. Ekspert və alimlər belə qərara gəldilər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi dünya standartlarına tam uyğundur.
Müşahidəçilərimizlə səhər yola düşərkən bütün eyvanlarda üçrəngli bayrağı gördük. Ölkədə bayram ab-havası var idi.
7 fevral prezident seçkiləri tarixi əhəmiyyət kəsb edirdi. Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş ölkə olaraq seçki keçirdi. Seçicilər arasında bir ağsaqqalın 91 yaşı var idi. Azərbaycanın gələcəyi üçün səs verməyə gəlmişdi. Seçkilərdə müxtəlif yaş qrupunda olan insanlar iştirak edirdi. Hər biri gələcəyə olan ümidlə gəlmişdi”.
Aysel Şahmar