11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Güclü maqnit qasırğası Yerə yaxınlaşır

12 fev 2024 07:00
GÜNDƏM
ads

Güclü maqnit qasırğası Yerə yaxınlaşır və fevralın 12-də pik həddinə çatacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

Buna səbəb Günəşdə X sinifli alov olacaq - bu, günəş alovları siniflərindən ən güclüsüdür, astronomlar bunu Yer sakinləri üçün ən təhlükəli hesab edirlər.

Yaranan maqnit qasırğası nəticəsində bütün planetdə qısa dalğalı radio rabitəsi pozula bilər. Bundan əlavə, dairəvi enliklərdə naviqasiyaya müdaxilə istisna edilə bilməz.

Bir sıra ekspertlər də xəbərdarlıq edir ki, bu qasırğa hava şəraitindən asılı olan insanların sağlamlığına təsir edə bilər. Başgicəllənmə, oynaq ağrısı və təzyiq artımları da daxil olmaqla, özlərini pis hiss edə bilərlər. Əhvalın dəyişməsi, izaholunmaz narahatlıq, təşviş və ya əksinə, apatiya halları da mümkündür.

Bundan əvvəl, yanvarın sonunda bir sutka davam edən mülayim maqnit qasırğası müşahidə edildi. Alimlər xəbərdarlıq edirlər ki, bu il daha çox - hər ay iki və ya üç dəfə maqnit qasırğası olacaq.

Murad


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur