ABŞ-ın ən zəngin insanları arasında olmaq üçün 2024-cü ildə ən azı 5,8 milyon dollar xalis sərvətiniz olmalıdır.
Publika.az xəbər verir ki, "Bloomberg" bu barədə "Knight Frank" araşdırmasına istinadən yazıb.
Dünyanın ən böyük iqtisadiyyatının ən varlı sakinlərinin ilk bir faizinə daxil olmaq üçün minimum kapital il ərzində demək olar ki, 16 faiz artıb. Eyni zamanda, Monako birinciliyi qoruyub - ən yüksək hədd 12,8 milyon dollar, 2023-cü illə müqayisədə 3,2 faiz çox. Lüksemburq və İsveçrədə ən zəngin vətəndaşlar siyahısına daxil olmaq üçün səkkiz milyon dollardan çox pulunuz olmalıdır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, ABŞ və digər Qərb ölkələrində iqtisadi canlanma fonunda zəngin və kasıb ölkələr arasında uçurum getdikcə artır. "Knight Frank" ekspertləri gözləyirlər ki, gələcəkdə hökumətlər sərvətin harada yerləşdiyinə, onun iqtisadiyyatlar arasında necə bölüşdürüldüyünə və hakimiyyətin onu necə vergiyə cəlb edə biləcəyinə daha çox diqqət yetirəcək, eyni zamanda onun artımını stimullaşdıracaq.
Cəmilə