“Qalatasaray”ın argentinalı ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara yeni sektora qədəm qoyur.
Publika.az xəbər verir ki, bu yaxınlarda rəqs yarışmasında çempion olan Vanda indi müğənni olmağa qərar verib. Nara “O Bicho Vai Pegar” adlı mahnı hazırlayıb.
O, fevralın 1-də işıq üzü görəcək mahnıya hovuzda klip də çəkdirib. Nara son paylaşımı ilə də hər kəsi təəccübləndirib. İkardinin Argentina millisinin forması ilə poza verən Vanda Naranın pozaları qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Onun saçındakı dəyişiklik də diqqət çəkib.