Ukraynanın dövlət borcu 2024-cü ilin aprel ayının sonunda 151 milyard dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Daniel Qetmantsev "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, dövlət borcunun 71,5 faizi xarici, 28,5 faiz isə daxili borcun payına düşür. D
O bildirib ki, aprel ayında Ukraynanın dövlət borcunun həcmi 1,5% artıb.
Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynanın dövlət borcu 2,2 dəfə artıb.