04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir”

07 iyl 2024 09:00
GÜNDƏM
ads

“Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər”

Publika.az xəbər verir ki, bunu xalqcebhesi.az saytına açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, daha bir polis əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilməsinə reaksiya verib.

"Allah rəhmət eləsin. Mərhumun yaxınlarına, DİN əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm. Son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib. Bu vəziyyət cinayətkarların polisə müqavimət göstrəməsi hallarının artmasına təsir edir. Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər. Düşünürəm polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar. Hava isti olsa da onlar qoruyucu gödəkçələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir. Vətəndaşlarımız da zəruri müdafiə halları istisna olmaqla cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərəsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar. Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir", - deyə millət vəkili qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur