03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə etdi

10 avq 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.

QÜTB.AZ xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov görüşün yekunu üzrə jurnalistlərə açıqlamasında bildirib.

“Uzun müddətdir müzakirə olunan, həlli yolları işlənib hazırlanan məsələ ekstremizm və terrorizmlə mübarizədir. Vəzifəmiz profilaktik tədbirləri görməyə, insanların ölümünün və cinayətlərin qarşısının alınmasına imkan verəcək tədbirləri və həll yollarını işləyib hazırlamaqdır”, - o deyib.

Kubrakovun sözlərinə görə, Şuranın iclasında ümumilikdə 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb.

“Bu gün qəbul olunan qərarlar dərhal əlavə tədbirlərin görülməsini tələb edir”, - Belarus DİN başçısı vurğulayıb.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın daxili işlər nazirləri, MDB-nin Antiterror Mərkəzinin, İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur