29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Vəhşicəsinə qətlə yetirilən Narin Güranın sümüklərini sızladan hadisə: Ailəsinin kefi kökdür

02 noy 2024 00:00
GÜNDƏM
ads

Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən Narin Güranın həbsdə olan qardaşı Enes Güranın atası və ailə üzvləri ilə telefonla danışdığı anlar cəmiyyətdə böyük əks-səda doğurub.

QÜTB.AZ xəbər verir ki, həbsxanadan paylaşılan videoda Enes Güranın ailə üzvləri ilə telefonla danışdığı zaman zarafatlaşıb, güldüyü anlar öz əksini tapıb.

Zəng zamanı Enes atasına, "Vəkil mənə deyir ki, sənin burada nə işin var?" deyir. Atası isə cavabında "Tilov al, özün üçün balıq tut" deyərək istehza ilə gülür. Enes "balıq yoxdur, ata, havalandırma var" deyərək gülüşə qoşulur.

Digər bir zəngdə Enesin ağlaması, böyük qardaşı Baranın isə bu sözləri eşidilir:

"Ağlama, Enes. Bax, hamı dörd divarın arxasındadır, amma kim sənin kimi edir? Biz başqaları ilə də danışırıq, hamısı gülür, sən ağlayırsan. Sizin üçün 13 vəkil tutmuşuq. Mən səni çıxaracam. Sənə güvənim var, çünki o gün evdə idin deyə şübhəlisən. Nə edək, gedək Nevzatın ailəsini tamamilə öldürək? .

Xatırladaq ki, Diyarbəkirin Bağlar rayonunda itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın işində 72 gündür qətlin səbəbi və qatilin şəxsiyyəti tapılmayıb.

(Baku.ws)

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur