Bakının Buzovna qəsəbəsindəki 8 nömrəli internat məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudov ilə görüş keçirilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Publika.az-a verilən məlumata görə, görüş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Akademik Yaqub Mahmudov məktəbliləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, Azərbaycanın zəngin dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərimizdən, Qarabağ Zəfərindən və ölkəmizdə uşaqların xoşbəxt böyüməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə göstərilən hərtərəfli dövlət qayğısından ətraflı danışıb.
Tədbirin sonunda məktəbin direktoru Pəri Paşayeva bu mühüm görüşə görə Yaqub Mahmudova kollektiv adından dərin minnətdarlığını bildirib.