Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev rus sənətçilərinin “çılpaq gecə”sindən sonra yaranan qalmaqala münasibət bildirib və ölkədə gözlənilən elita dəyişikliyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, general “Tsarqradın” efirində qeyd edib ki, “əvvəlki kimi olmayacaq” və bunu hamı başa düşməlidir.
Generalın sözlərinə görə, tezliklə Rusiyada hansısa elita dəyişikliyi olacaq. Bu, həm də “vətənpərvərlik” hissi ilə Qərbə qaçan, sonra sakitcə konsertlər və korporativ tədbirlər üçün geri qayıdan ulduzlara və onları əhatə edənlərə də aiddir. Bunun elitaya çatması bir qədər vaxt aparacaq. Dəyişikliklər artıq baş verir, sadəcə olaraq, hamı bunu hələ dərk etməyib, deyə deputat əlavə edib.
General deyib ki, buna bənzər partiyalar əvvəllər də olub, amma hər şey yalnız indi üzə çıxıb, çünki bundan qurtulmağın vaxtı çatıb: “Əvvəllər heç kim buna çox diqqət yetirmirdi, amma indi fərqli dövrlər gəlib çatıb”.
Deputat izah edib ki, “çılpaq” partiyanın özü qanunu pozmur, amma əxlaq normalarını və icazə verilən bütün sərhədləri pozur.
Tural