28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu dərman onlarla insanı xəstəxanalıq etdi

29 mar 2024 08:00
GÜNDƏM
ads

Yaponiyada “Beni-koji” pəhriz əlavəsinin xeyli insanın orqanizmində fəsadlar yaratdığı haqda məlumat vermişdik. Artıq pəhriz əlavəsinin qəbulu nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Kobayashi Pharmaceutical Co." Şirkətdən verilən məlumata görə, dünən arıqlamaq istəyən daha bir nəfər qırmızı düyü mayası olan “Beni-koji” içərək dünyasını dəyişib. Beləliklə, “Beni-koji” pəhriz əlavəsi ilə bağlı ölüm hallarının sayı 5-ə yüksəlib. Ölənlərin cinsi və yaşı açıqlanmayıb.

Həyatını itirənlərin "ölüm səbəblərinin müəyyən edilməsi" üçün araşdırmaların davam etdiyi açıqlanıb. Bildirilib ki, məhsuldakı problemi hələ də aşkar edə bilməyən yapon istehsalçısı bu problemə "kifdən əldə edilən naməlum maddə"nin səbəb ola biləcəyindən şübhələnir.

Səhiyyə, Əmək və Rifah Nazirliyi “Beni-koji” qəbul edən ümumilikdə 93 nəfərin hazırda xəstəxanalarda müalicə aldığını bildirib. Nazirlik bu günə qədər şirkətə məhsulla bağlı 12 minə yaxın şikayət daxil olduğunu açıqlayıb. Bildirilib ki, nazirlik mərkəzi ofisi Osakada yerləşən şirkətə qarşı ittiham irəli sürməyə hazırlaşır. Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.

1919-cu ildə qurulan "Kobayashi Pharmaceutical Co." əczaçılıq şirkəti çoxlu sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz satır.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur