Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas mərhələsinin ilk oyununa çıxıb. Seçməmiz Polşa komandası ilə üz-üzə gəlib.6-cı qrupun oyunu Bakıİdman sarayında keçirilib. İlk qolu qarşılaşmanin 7- ci dəqiqəsində Polşa komandası vurub.
Millimiz Xətai Bağırovla hesabı bərabərləşdirib.Kollektivimiz bununla kifayətlənməyib,ardıcıl olaraq 2 qol vurub. Rafael Vilyela seçməmizi 3-1 hesabı ilə önə çıxardıb.İkinci hissənin əvvəlində Sebastian fərqi azaldıb.27 ci dəqiqədə qonaqlar 3-cü qolu vuraraq hesabı bərabərləşdiriblərOyunun bitməsinə 6 dəqiqə qalmış millimiz qələbə topunu vurub.Tiyaqo Valiniya adını tabloya yazdırdı.
Qeyd edək ki, komandamız növbəti oyunu oktyabrın 11 - i Yunanıstanın paytaxtı olan Afinada keçiriləcək.Xatırladaq ki,Polşa millisi ilk görüşündə evdə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib.