05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Rusiya qalib gəlsə, ən çox uduzan bu ölkə olacaq

28 mar 2024 09:00
GÜNDƏM
ads

Rusiya Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə ən çox uduzan Almaniya olacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hoces “BBC Ukrayna”-ya bildirib.

“Rusların nə edə biləcəyini düşünməyə çox vaxt sərf edirik. Bunun əvəzinə biz onları nə edə biləcəyimizdən narahat etməliyik”, - general deyib.

O bildirib ki, Berlinin özünə inamı məhv ola və Rusiyanın nüvə təhlükəsinə məruz qala bilər.

“Rusiyanın Baltikyanı ölkələri və ya Polşanı işğal etməsi Qərbi oyandıracaqmı?” sualını cavablandıran ABŞ komandiri “Biz yatırıq, 2008-ci ildə ruslar Gürcüstanı işğal edəndən bəri yuxu görürük” deyib.

Ağ Evin Ukraynadan Rusiya neft obyektlərinə hücumu dayandırması tələbini tənqid edən Hoces bildirib ki, “Ukraynalılar buna məhəl qoymamalıdırlar. Neft obyektləri qanuni hədəflərdir”.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur