Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib.
Publika.az xəbər verir ki, ticarət məlumatlarına görə, artıq bir dollar 30 lirədən satılır.
Əvvəllər bildirilmişdi ki, Türkiyədə 2023-cü ilin dekabrında illik inflyasiya noyabrda 61,98%-dən artaraq 64,77% təşkil edib.
Bu arada, Müstəqil İqtisadçılar Qrupunun (ENAG) məlumatına görə, dekabrda illik inflyasiya 127,21% təşkil edib.
Xatırladaq ki, dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.
Tural