Andrea Draqoi dünyanın ən gözəl üzgüçülərindən biri hesab olunur.
QÜTB.AZ xəbər verir ki, o, sosial şəbəkələrdə tez-tez özünü xatırlatmağı sevir. 21 yaşlı idmançının paylaşdığı yeni fotolar pərəstişkarlarından böyük dəstək alıb. İzləyiciləri onun ünvanına xoş sözlər yönəldiblər.
Andrea gözəllik müsabiqələrində iştirak edir. O, "Miss California USA" və "Miss Ambassassa USA"da səhnəyə çıxıb. Bundan əlavə, amerikalı gözəl model kimi çalışaraq, moda nümayişlərində də fəal iştirak edir.
Andreanın 90 minə yaxın izləyicisi var. O, öz səhifəsində üzgüçülüyün populyarlaşmasına çalışır.