İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 18-ci iclasında İslam Respublikası İran əczaçılıq məhsullarını Ermənistana ixrac etməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İran-Ermənistan müştərək iqtisadi komissiyasının fevralın 14-də keçirilən 18-ci iclasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İranın Ərzaq və Dərman Administrasiyasının rəhbəri Heydər Məhəmmədi ölkənin yerli istehsal olan dərmanları Ermənistana ixrac etməyə hazır olduğunu açıqlayıb.
Tural