"Türkiyə bu ilin yay aylarından etibarən İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək".
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə keçirilən iftar mərasimində deyib.
“Suriyada yarım qalan işlərimizi mütləq tamamlayacağıq”, - deyən Ərdoğan vurğulayıb ki, terror təşkilatlarına qarşı mübarizə davamlı və qəti şəkildə aparılacaq.
"Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən azad, yolu və bəxti aydın Türkiyəni çatdırmaqdır”.