İspaniya çempionatının 6-cı turunun "Vilyarreal"la oyununda (5:1) zədələnən "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin sağ dizinin bud nahiyəsi tam cırılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Ter Ştegen bu gün əməliyyat olunacaq. Bundan sonra klub futbolçunun səhhəti ilə bağlı növbəti açıqlama verəcək.
Mətbuatda yayılan məlumatlara görə, belə xəsarətlərin sağalma müddəti 7-8 aydır.
Qeyd edək ki, birinci hissənin sonunda alman qapıçı topu ələ keçirdikdən sonra qazona uğursuz şəkildə yıxılıb. Ter Stegen meydanı xərəkdə tərk edib. Onun əvəzinə İnyaki Pena meydana daxil olub.
Qutb