Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen seçkilərdə məğlub olmağa hazırlaşır. Çünki o, cari seçkidə lazımi səs toplaya bilməsə, bu vəzifəyə yenidən namizədliyini irəli sürmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Fon der Leyenə yaxın şəxslər deyirlər ki, rədd edilərsə, bir daha cəhd etməyəcək", - qəzet vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.
Materialda həmçinin qeyd olunur ki, Ursula fon der Leyenin siyasi konvensiyaya görə yenidən seçilmək üçün bir şansı daha var. Onun Avropa İttifaqının 27 lideri tərəfindən yenidən namizədliyini irəli sürməsinə heç bir maneə yoxdur.
Cəmilə