Ukrayna Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün London tərəfindən ona verilən uzaqmənzilli raketlərdən istifadə etmək hüququna malikdir.
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın yeni baş naziri Kim Starmer deyib.
Baş nazirin sözlərinə görə, Britaniyanın hərbi yardımı Kiyevə müdafiə məqsədi ilə verilib:
“Ukrayna bu yardımdan müdafiə məqsədləri üçün necə istifadə olunacağına özü qərar verə bilər”.
Beləliklə, Starmer Ukraynaya tədarük edilən uzaqmənzilli raketlər məsələsində Leyboristlər hökuməti Rişi Sunak, Liz Truss və Boris Consonun rəhbərlik etdiyi keçmiş Mühafizəkar hökumətlərlə eyni mövqedən çıxış etdiyini bir daha təsdiq edib.
Cəmilə