"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem dekabrda İspaniya çempionatının ən yaxşı oyunçusu seçilib.
QÜTB.AZ xəbər verir ki, son bir ayda 21 yaşlı ingilis futbolçu La Liqada 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mükafata həmçinin "Atletiko"nun hücumçusu Antuan Qrizmann (2 qol), "Barselona"nın hücumçusu Rafinya Diaz (2 qol), "Atletik"in yarımmüdafiəçisi Oyan Sunset (2 qol və 1 məhsuldar ötürmə) və "Las Palmas"ın hücumçusu Sandro Ramires (3 qol) namizəd olub.
Qutb