"Yuventus"un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Duqlas Kosta Türkiyənin "Samsunspor" klubu ilə müqavilə bağlamaqdan imtina edib.
Publika.az xəbər verir ki, o, Super Liqanın 21-ci turunda "Fənərbağça" ilə qarşılaşan (1:1) komandanın oyununu izlədikdən sonra belə qərara gəlib.
“Tam olaraq sahəyə qayıtmaq üçün mənə təxminən 20-25 gün lazımdır. Tutaq ki, mart ayında 100% hazır olacağam. İki ay ölkəni futbola görə dəyişməyək" - deyə Kosta bildirib.
Xatırladaq ki, 33 yaşlı braziliyalının son klubu ABŞ təmsilçisi “Los Anceles Qalaksi” olub. Futbolçu oktyabrın 24-dən azad agentdir. Kosta karyerası ərzində “Qremio”, “Şaxtyor”, “Bayern” və “Yuventus”da da çıxış edib.
Heybət