01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ Yunanıstanı şantaj edir: Vaşinqton hansı ultimatumu verdi?

10 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

ABŞ dövlət katibi Antoni Blinken Krit adasındakı villasında Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşüb.

Publika.az xəbər verir ki, yerli "Newsbreak" portalının məlumatına görə, Blinkenin səfəri ölkə üçün "əsl Vaterloya çevrilib".

Görüşdə Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr, həmçinin Yunanıstan və ABŞ arasında əməkdaşlıq, o cümlədən F-35 döyüş təyyarələrinin alınması müzakirə edilib. Danışıqlardan sonra Yunanıstanın baş nazirinin mətbuat xidməti, xüsusilə, Amerika dövlət katibinin Yunanıstanın Rusiya Federasiyası ilə hərbi münaqişənin başlanğıcından Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib. Lakin burda başqa məqamlar da diqqətdən qaçmayıb.

Nəşrin müəllifinin sözlərinə görə, söhbət Vaşinqton tərəfindən şantaj və qəsbdən gedir.

Silahsız qalan Yunanıstan Ukraynaya daha nə göndərə biləcəklərini anlamır.

Söhbətin hansı silahdan getdiyi müəllif üçün də qaranlıq qalıb. Yunanıstan artıq əlində olan hər şeyi verib. Bundan əlavə, ölkə Kiyevi gücləndirmək üçün xüsusilə adalarda milli müdafiəsini zəiflədib.

“Nə qalır? Blinken bütün cəbhələrdə uğursuzluğa düçar Zelenskiyə tam olaraq nə göndərməyimizi istəyir? Yalnız S-300? Yoxsa biz də F-35-lərlə əvəzlənəcəyi məntiqini rəhbər tutaraq F-16-ları göndərməliyik?”, - müəllif vurğulayıb.

Portal vurğulayır ki, Mitsotakis şantaja uysa, milli maraqlara ağlasığmaz ziyan vuracaq.

Xatırladaq ki, Yunanıstan hələ 2023-cü ilin aprelində ölkənin müdafiə qabiliyyətinə ziyan vurmamaq məqsədi ilə Ukraynaya dəstək verməkdən imtina edib.Yunanıstanın Müdafiə Naziri Nikos Panaqiotopulos vurğulayıb ki, Afina Kiyevə bacardığı köməyi edəcək, lakin bu, heç bir halda ölkənin müdafiə qabiliyyətini zəiflətməməlidir.

Qeyd edək ki, Fransa 2023-cü ilin noyabrında Ukraynaya öz arsenallarından birbaşa silah tədarükündən imtina etmək qərarına gəlib. Bundan əlavə, Polşa da sentyabr ayında Ukraynaya silah verməkdən imtina edib.

Rusiya Müdafiə Nazirliyi hazırda Ukraynaya 54 dövlətin hərbi yardım göstərdiyini və yardımın ümumi məbləğinin artıq 200 milyard dollardan çox olduğunu açıqlayıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur