15.03.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Jurnalistin həbs müddəti uzadıldı

15 mar 2025 15:00
GÜNDƏM
ads

“Meydan" TV işi üzrə həbs olunan jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Qutb.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Ülvi Tahirov saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 15.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:22
05:20
Sübh
05:32
05:30
Gün çıxır
06:52
06:51
Zöhr
12:49
12:49
Əsr
16:09
16:10
Gün batır
18:47
18:48
Məğrib
19:04
19:05
İşa
19:57
19:58
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur