Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə matçında PSJ-nin qapıçısı Canluici Donnarumma üzündən dəhşətli zədə alıb.
QÜTB.AZ xəbər verir ki, italyan qolkiper 17-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə üzündən ağır zədə alıb. O, oyunu davam etdirə bilməyib.
Həkimlər Donnarummanın ağır zədəsinə elə stadionda müdaxilə etməli olublar. Nəticədə qapıçının yanağına 10-a yaxın tikiş atılıb.
Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qutb