Amerika hərbi bazalarının Ermənistan ərazisində görünməsi ehtimalını müzakirə etmək hələ tezdir.
Publika.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Bu barədə danışmaq hələ tezdir", - Narışkin İrəvanın siyasətindəki dəyişikliklərlə əlaqədar respublikada ABŞ hərbi bazalarının yerləşdirilməsini gözləməli olub-olmaması sualına cavab verib.
Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəkləri və əməkdaşlığın statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədi daşıdığı bildirilib.
Akqabay