28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əliyev dünya nəhəngləri ilə: Bakını cəlbedici edən səbəb...

04 iyl 2024 07:00
GÜNDƏM
ads

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammiti geosiyasi proseslərə yön verəcək hadisə hesab olunur. Çünki 16 ölkə liderinin iştirakı ilə “ŞƏT+” çərçivəsində keçirilən sammitdə ana gündəm “Avrasiya təhlükəsizlik sistemi”nin müzakirəsidir. Rusiya tərəfindən irəli sürülən bu məsələ çoxqütblü dünyanın qurulması prosesində əhəmiyyətli addım kimi qiymətləndirilir və dünyanın gələcəyinə təsir edəcək belə bir mühüm tədbirdə Azərbaycan lideri İlham Əliyevin iştirakı ölkəmiz adına böyük siyasi önəm daşıyır.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal ŞƏT-in Prezident İlham Əliyevin iştirak etdiyi Astana sammiti haqda danışarkən deyib.

A.Camal qeyd edib ki, Azərbaycan liderinin ŞƏT sammitində iştirakı və yüksək səviyyədə qəbul olunması iki kontekstdə diqqət çəkir:

“Birincisi, ŞƏT-in dünyanın siyasi və iqtisadi payında oynadığı roldur. Təşkilata üzv ölkələrin qlobal ÜDM-də payı 32,4 faizdir. Təşkilat planetin əhalisinin 40 faizini özündə birləşdirir. Bu, böyük qlobal gücdür, eləcə də ŞƏT-də hazırda qlobal siyasətdə önə çıxan Çin, Hindistan kimi ölkələr, eləcə də bizim regionumuzun əsas oyunçusu olan Rusiya kimi ölkə təmsil olunur.

İkincisi, Ukrayna müharibəsindən sonra faktiki dağılan beynəlxalq təhlükəsizlik sistemi yenidən qurulur və artıq dünya təkqütblü sistemdən çoxqütblü sistemə keçir. ŞƏT çoxqütblü dünyanın əsas cəzbedici mərkəzlərindəndir. Azərbaycanın qlobal güc olan bu təşkilatda yüksək səviyyədə qəbulu ölkəmizin nüfuzundan, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq siyasətdə həlledici və oyundəyişdirici liderliyindən xəbər verir”.

Politoloq Prezident İlham Əliyevin qlobal miqyaslı siyasi gedişlərinə diqqət çəkib. Vurğulayıb ki, məhz Əliyev Azərbaycanı qlobal siyasətin mərkəzinə çıxarıb:

“Liderlər var ki, onların gücü təmsil etdikləri ölkələrin gücündən qaynaqlanır. Lakin elə liderlər də var ki, məhz onlar təmsil etdikləri ölkənin gücünə güc qatır. Azərbaycan qlobal siyasətdə məhz Prezident İlham Əliyevin gücü, dərin strategiyası və uzaqgörənliyi sayəsində həlledici ölkələrdən birinə çevrilib. Azərbaycanın ŞƏT sammitində bu səviyyədə iştirakı qlobal güc mərkəzlərinin ölkəmizə olan diqqətinin nümunəsidir. Hazırda coğrafi olaraq Qərb və Şərq adlandıra biləcəyimiz güc mərkəzlərinin qlobal mübarizəsini izləyirik. Bu mübarizədə Azərbaycan hər iki tərəfin öz yanında görmək istədiyi nadir ölkələrdəndir. Təsadüfi deyil ki, Qərb cəbhəsi Azərbaycanla sıx əməkdaşlığa çalışır, analoji hal Şərq cəbhəsində də baş verir. Qlobal siyasətdə xüsusi xətlə seçilən bu mənzərə Prezident İlham Əliyevin strategiyasının nəticəsidir. Əliyev Azərbaycanı qlobal mübarizədən kənarda saxlamaqla, bu mübarizənin həlledici oyunçusuna çevirə bilib”.

A.Camal Astana sammitində Prezident İlham Əliyevə olan xüsusi diqqətin bunun əyani nümunəsi olduğunu qeyd edib:

“Çin, Rusiya, Hindistan kimi siyasi və iqtisadi nəhənglərin liderləri Azərbaycan lideri ilə ikitərəfli təmaslara və ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Misal üçün, Çin lideri Si Szinpin Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi və Prezident İlham Əliyevi ölkəsinə dəvət etdi. Yaxud Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri ilə qlobal və regional məsələləri müzakirə etdi, nəqliyyat dəhlizləri üzərində xüsusilə dayandı. Bütün bunlar Azərbaycanın qlobal nüfuzunun göstəricisidir. Və onu da xüsusi vurğulamaq lazımdır ki, ŞƏT sammiti Azərbaycanın əsas iştirakçısı olduğu Orta dəhliz layihəsinin icrasını və bu prosesdə ölkəmizin əhəmiyyətli siyasi və iqtisadi dividentlər qazanmasını sürətləndirə bilər. Dünya liderlərinin Əliyevlə görüşdə nəqliyyat dəhlizlərindən xüsusilə bəhs etməsi, bu məsələdə Azərbaycan liderinin mövqeyinə əhəmiyyət verməsi də bundan xəbər verir. Bununla yanaşı, Azərbaycan, Türikiyə və Pakistan liderlərinin Astanada üçtərəfli görüşü ən vacib məqamlardandır. Çünki bu üç ölkə qurulan yeni dünya nizamında, eləcə də Orta dəhliz coğrafiyasında əsas həlledici oyunçulardır və onların ortaq mövqeyi həm bu coğrafiyada təhlükəsizliyin təmin edilməsi, həm də hər üç ölkənin milli maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir”.

A.Camal vurğulayıb ki, ŞƏT sammiti Prezident İlham Əliyevin qobal siyasətə yön verən lider olduğunu bir daha əyani şəkildə göstərdi.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur