ABŞ Prezidenti Co Bayden Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Amerika prezidentinin sərəncamı Florida hakimiyyətinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Hallar Agentliyinin köməyini nəzərdə tutur.
Qeyd edək ki, ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, Milton qasırğası ABŞ-ın Körfəz sahillərinə doğru irəliləyərək sürətlə beşinci kateqoriyaya çevrilib. Floridaya doğru hərəkət edən qasırğa sürəti 160 mil (250 km/saat) olan şiddətli küləklər meydana gətirir.