Bakıda qəza nəticəsində vəfat edən təmizlik işçisinin kimliyi müəyyənləşib.
Milli.Az xəbər verir ki. bununla bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün səhər Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sürücü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Zeytun Emalı müəssisəsinin ərazisində yaşayan 06.05.1997-ci il təvəllüdlü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi "Fiat Doblo" markalı "99-CK-457" dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub.
Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.
------
09:25
Bakıda təmizlik işçisini avtomobil vurub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Aeroport şosesində, körpülərdən birinin üstündə avtomobil təxminən 55 yaşında qadın təmizlik işçisini vurub.
Qadın həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Milli.Az