İstanbulun Küçükçekmece rayonunda baş verən silahlı insidentlə bağlı 12 nəfər saxlanılıb. Daha yeddi nəfərin saxlanılması istiqamətində işlər davam edir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Nazir faktla bağlı araşdırmanın geniş şəkildə davam etdirildiyini deyib.
Xatırladaq ki, hadisə fevralın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbulun üzrə bələdiyyə sədrliyinə namizədi Aziz Yeniayın xalqla görüşü zamanı baş verib. İnsident nəticəsində bir nəfər yaralanıb, hazırda vəziyyəti ağırdır.