Litvanın baş naziri İnqrid Simonite bildirib ki, ölkə Ukraynaya öz hərbi təlimatçılarını göndərməyə hazırdır.
Publika.az xəbər verir ki, siyasətçinin fikrincə, litvalı hərbçilər digər müttəfiq dövlətlərlə birlikdə Ukrayna Silahlı Qüvvələrinə hərbi təlimlərdə kömək edə bilərlər. Simonite “Bloomberg”ə müsahibəsində "Bunu etməyə hazır olan ölkələrlə tərəfdaşıq” deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenskiyə müəyyən “planlar” barədə məlumat verdiyini bildirib. Bir sıra KİV-lər hesab edirlər ki, Paris Ukrayna Silahlı Qüvvələrinə kömək üçün Qərb hərbi təlimatçılarının göndərilməsi barədə razılığa gəlmək niyyətindədir.
Tural