Türkiyənin hər yerində baş verən irili-xırdalı zəlzələlər narahatlıq yaratmağa davam edir.
Publika.az xəbər verir ki, Prof. Dr. Övgün Ahmet Ercan da hansı bölgədə zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib.
"Fevralın 6-da məkəzi Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə təhlükə qarşısındadır. Ölkəmizin 81 vilayətindən 52-si birinci dərəcəli zəlzələ zonasında yerləşir. Bu bölgələrdə tikinti işləri yüksək keyfiyyətlə aparılmalıdır", - professor deyib.
Övgün Ahmet Ercan, Şərqi Anadolu fayının əhəmiyyətinə toxunub: "Buradakı binalar güclü tikilməlidir. Gökdere, İlıca və Karlıovaya diqqət yetirmək lazımdır”.
Aysel Şahmar