"Ferrari" komandasının pilotu Karlos Sayns "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisini buraxacaq.
Publika.az "BBC Sport"a istinadən xəbər verir ki, buna səbəb onun səhhətində yaranan problemdir.
Həkimlər 29 yaşlı pilota appendisit diaqnozu qoyublar. Saynsın son iki gündə sınaq yarışları zamanı vəziyyəti pisləşib. O, tezliklə əməliyyat olunacaq.
Onu 19 yaşlı ehtiyat sürücü Oliver Birman əvəz edəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Qran-prisi martın 9-da, saat 21:00-da Ciddə şəhərində keçiriləcək.