Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə əlaqədar Şuşada konsert təşkil edilib.
Publika.az Kult.az-a istinadən xəbər verir ki, Cıdır düzündə keçirilən "Dostluq" konsertində Azərbaycan Respublikasının xalq artisti Azərinin ifasında səslənən "Çanaqqala türküsü"nü Türkiyənin XİN rəhbəri Hakan Fidan da dinləyib.