İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olaraq qeyd edilib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) hesabatında qeyd olunub.
Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul aeroportundan sonra ən çox uçuş 1314 olmaqla “Amsterdam Schiphol”, 1306 uçuşla isə “London Hitrou” hava limanı qeydə alınıb.
Roza Şəfiyeva