İtaliyada Alp dağlarında göbələk yığarkən itən 89 yaşlı qadın 5 gün sonra tapılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.
Bildirilir ki, Cüzepina Bardelli adlı qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb.
Bardellinin oğlu Roberto anasının 5 gün ərzində gölməçələrdən tapdığı yağış suyunu içdiyini, gecələr ağacların altında yataraq üstünü otlarla örtdüyünü, hətta tülkü ilə dostluq etdiyini bildirib.
Anasını tapdıqda göz yaşlarını saxlaya bilmədiklərini deyən Roberto xəstəxanaya aparılan qadının vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Roza Şəfiyeva